Çin və ABŞ-ın həmişə fikir ayrılıqları olub – Van Yi

Çin və ABŞ-ın həmişə fikir ayrılıqları olub – Van Yi

Çinlə ABŞ arasında ortaq maraqlar və fikir ayrılıqları var. Bu heç vaxt dəyişməyəcək .

AzerTimes xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı deyib.

“Çin və ABŞ böyük güclər olmaqla yanaşı, həm ümumi maraqlara, həm də dərin fikir ayrılıqlarına malikdir. Bu heç bir şəkildə dəyişə bilməz. Hər iki tərəf təmasda olduqları ilk gündən fərqli sistemə malik olduqlarını bilirdilər. Ona görə də, bu onların ümumi maraqları əsasında əməkdaşlığa mane olmamalıdır. Həmçinin, Pekin və Vaşinqtona qarşı çıxmaq, qarşıdurma yaratmaq üçün bəhanəyə xidmət etməməlidir”, – nazir bildirib.

Teqlər: