Çin Milli Kosmik İdarəsi (CNSA) yaxın bir neçə ildə Yer üçün
təhlükə yaradan asteroidlərin zərərsizləşdirilməsi layihəsini
həyata keçirməyə başlayacaq.
Trend “TASS”-a
istinadla xəbər verir ki, bunu qurumun rəhbərinin müavini U Yanxua
bildirib.
“14-cü Beşilliyin (2021-2025) sonuna qədər və ya 2025-2026-cı
illərdə biz Yer üçün təhlükə yaradan istənilən asteroidi yaxın
məsafədən müşahidə etmək üçün texnologiyaları sınaqdan keçirməyə
çalışacağıq. Onların köməyi ilə biz toqquşma həyata keçirəcəyik,
nəticədə bu göy cismi öz orbitindən kənarlaşdırılacaq”, qurum
rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Çin planetimiz üçün təhlükə yaradan
obyektlər haqqında əvvəlcədən xəbərdar edəcək yer və kosmos
yerləşən effektiv sistem yaratmağa hazırlaşır. Eyni zamanda, çinli
mütəxəssislər belə göy cisimlərinin planetimizə yaxınlaşmasının
qarşısını ala biləcək texnologiyalar hazırlamağı
planlaşdırırlar.