Çin təbabəti: məşhur həkim ADU-da seans keçirdi

Çin təbabəti: məşhur həkim ADU-da seans keçirdi

Azərbaycan Dillər Universitetində (ADU) “Ənənəvi Çin təbabəti üsullarından istifadə etməklə diaqnostika və müalicə həftəsi” keçirilib.

AzerTimes xəbər verir ki, Çindən dəvət olunmuş, məşhur ənənəvi Çin təbabəti həkimi, Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin professoru, Çjetszyan Ənənəvi Çin Təbabəti Cəmiyyətinin üzvü Vanq Quanqing və Çjetszyan Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin klinikasının Onurğa Xəstəliklərinin Diaqnozu və Müalicəsi Mərkəzinin baş tibb bacısı Gu Minjie Çin müəlicə masajı, akupunktur, moksoterapiya və fitoterapiya üzrə seanslar keçiriblər.

Həftə çərçivəsində insan sağlamlığı bağlı özünəməxsus terapiya üsulları ilə seçilən və müxtəlif fəlsəfi anlayış və təcrübələrini (Yin və Yan, Çiqon, Fenşui) geniş əhatə edən ənənəvi Çin təbabətinin tarixi və əsas anlayışlarına dair seminar baş tutub.

Qonaqlar ənənəvi Çin təbabətinin əsas qaydaları, metodları və diaqnostika texnologiyaları, o cümlədən xəstənin ümumi müayinəsi, tənəffüsün diaqnostikası, nəbz diaqnostikası, palpasiya, o cümlədən müalicəvi və sağlamlaşdırıcı gimnastika məşqlərinin və müalicəvi pəhrizin terapevtik rolu haqqında danışıblar.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin dinamik inkişaf etdiyini qeyd edərək, Azərbaycanın ümummilli liderinin Heydər Əliyev Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Sazişi xatırladıb.

O, həmçinin qeyd edib ki, Çin tibb sahəsində çinli mütəxəssislərin əvvəlki səfərləri zamanı gələn professor Vanq Çuanqinq və Quo Çaotanq, Pekin Yanquan Elmi-Tədqiqat İnstitutunun direktoru professor Li Tiehong, Çin Ənənəvi Təbabəti Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Xuehonq Fan və Pekin Bədən Tərbiyəsi Universitetinin professoru Tao Menq, Çin həkimlərinin bu dəfəki səfəri Azərbaycan ictimaiyyətinin ənənəvi Çin təbabəti mədəniyyətinə marağının inkişafına xidmət edir.

Teqlər: