Çin Tayvan yaxınlığında təlimlərə başladı

Çin Tayvan yaxınlığında təlimlərə başladı

21:31

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında təlimlərə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çinin 21 döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

Qeyd edək ki, bundan öncə bildirilmişdi ki, Çin Tayvan adasının yaxınlığında avqustun 3-5-də dəniz atəşi təlimləri keçirəcək. Çin Ordusunun Şərq Zonasının Döyüş Komandanlığının məlumatına görə, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketləri sınaqdan keçirəcək.

Teqlər: