Çin Tayvan istiqamətinə təyyarələr göndərdi

Çin Tayvan istiqamətinə təyyarələr göndərdi

Bu gün Çin ordusunun 19 təyyarə və üç gəmisinin Tayvana doğru yaxınlaşması qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Tayvan Silahlı Qüvvələri məlumat yayıb.

“Sentyabrın 2-də saat 17:00-da (Bakı vaxtı ilə 13:00) Tayvan Silahlı Qüvvələri Tayvan yaxınlığında dəniz və hava məkanında Çin ordusunun 19 təyyarəsi və üç gəmisinin fəaliyyətini qeydə alıb. Dörd təyyarə (bir Y-8 sualtı qayıq əleyhinə təyyarə, iki J-16 döyüş təyyarəsi və bir Y-8 elektron döyüş təyyarəsi) Tayvan boğazının “orta xətti” adlanan ərazini keçib”, – məlumatda deyilir.

Teqlər: