Çin Rusiyaya yardımdan imtina edir – Ekspert

Çin Rusiyaya yardımdan imtina edir – Ekspert

Kremlin “dost” hesab etdiyi Çin faktiki olaraq Rusiyaya köməkdən və onu texnologiya ilə təmin etməkdən imtina edir. Bununla yanaşı, Pekin Moskvadan nefti 30% endirimlə satmağı tələb edir.

AzerTimes xəbər verir ki, bu sözləri amerikalı diplomat Maykl Makfol deyib.

O bildirib ki, Çin Rusiyaya qarşı sanksiyaları qeyri-ictimai şəkildə dəstəkləyir və Kremlə texnologiya verməkdən imtina edir:

“Onlar çox sakitdirlər, Putinə yardım etmirlər. Texnologiyadan danışırıqsa, bu, olduqca vacibdir. Çünki çinlilərdə texnologiya var, lakin onu vermirlər. Əgər Rusiyanın belə müttəfiqləri varsa, düşünürəm ki, Kreml dünyadakı mövqelərinə yenidən baxmalıdır”.

Teqlər: