Çin Rusiyaya qoşun göndərir

Çin Rusiyaya qoşun göndərir

Çin təlimlərdə iştirak etmək üçün hərbçilərini Rusiyaya göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada Hindistan, Belarus və Tacikistanın da iştirak edəcəyi birgə təlimin əməkdaşlıq sazişinin bir hissəsi olduğu vurğulanıb:

“Məqsəd iştirakçı ölkələrin orduları ilə dostluq və əməkdaşlığı dərinləşdirmək, iştirakçı ölkələr arasında strateji tərəfdaşlığı inkişaf etdirməkdir”.

Teqlər: