Çin Rusiyaya helikopterlər üçün ehtiyat hissələri göndərib – CNN

Çin Rusiyaya helikopterlər üçün ehtiyat hissələri göndərib – CNN

Ötən il Çin Ukraynaya qarşı müharibədə iştirakına görə ABŞ-ın sanksiya siyahısında daxil edilən Rusiyadakı şirkətə hərbi helikopterlər üçün ehtiyat hissələri göndərib.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Jurnalistlərin əldə etdiyi gömrük sənədlərinə əsasən, son bir il ərzində Pekində yerləşən müdafiə podratçısı “Poly Technologies”, ABŞ-ın hərbi əməliyyatlarda iştirakına görə sanksiyalar tətbiq etdiyi Rusiya firmasına vertolyot hissələri və havadan yerə radio avadanlıqları da daxil olmaqla ən azı 12 yük göndərib.

Bildirilir ki, Çindən gələn hissələrin əksəri Mi-171E çoxməqsədli helikopterdə istifadə üçün işarələnib. Üç göndərişdə isə silahlarla təchiz oluna bilən, hərbi-nəqliyyat helikopteri Mi-171Ş-nin hissələri kimi qeyd edilib.

Teqlər: