Çin Rusiyaya bu cür yardım edir

Çin Rusiyaya bu cür yardım edir

Rusiyanın Ukraynanı genişmiqyaslı işğalından sonra Çin Rusiyaya mikroçiplərin, digər elektron komponentlərin və xammalın ixracını artırıb. Bu, ABŞ və Qərb müttəfiqlərinin təcavüzkar ölkənin iqtisadiyyatını təcrid etmək və ordusunu zəiflətmək səylərinə mane olur.

AzerTimes xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

Bildirilib ki, Çin gömrük məlumatlarına görə, 2022-ci ilin ilk beş ayında Çindən Rusiyaya çip tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq, təxminən 50 milyon dollara çatıb. Silah və aerokosmik sənaye üçün mühüm material olan alüminium metalının hazırlanmasında istifadə edilən alüminium oksidinin ixracı isə ötən illə müqayisədə 400 dəfə çox olub.

Qeyd olunur ki, bir çox çinli texnologiya satıcıları ABŞ-ın nəzarətinə baxmayaraq, Rusiya ilə işini davam etdirir.

Teqlər: