Çin Rusiya ilə Ukrayna arasında birbaşa dialoqun tərəfdarıdır və
bunu mövcud vəziyyətdən yeganə çıxış yolu hesab edir.
AzerTimes-ın məlumatına görə, bunu Çinin BMT-dəki daimi nümayəndəsi
Çjan Çzyün deyib.
“İndiki məqamda mümkün qədər tez diplomatiya, mübahisələrin
siyasi həlli yoluna qayıtmaq və vəziyyətin gərginliyini azaltmaq
üçün hərəkətə keçmək vacibdir. Çin Rusiya və Ukrayna arasında
birbaşa dialoqun tərəfdarıdır. Bu yeganə çıxış yoludur”, – deyə
daimi nümayəndə bildirib.
Onun sözlərinə görə, Çin Ukraynadakı bütün tərəfləri mülki
şəxslərin və obyektlərin, o cümlədən xarici vətəndaşların
təhlükəsizliyini təmin etməyə çağırır.