Aİ-nin sanksiya siyasəti Rusiya iqtisadiyyatını məhv edə bilməyəcək – XİN

Avropa İttifaqının (Aİ) sanksiya siyasəti Rusiya iqtisadiyyatını
məhv edə bilməyəcək, Moskva məhdudiyyət və təhdidlərə fikir
vermədən öz milli maraqlarını həyata keçirməyə davam edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin bəyanatında deyilir.

“Sizi əmin etmək istəyirik ki, bu alınmayacaq. Avropa
İttifaqının hərəkətləri sərt cavabsız qalmayacaq. Rusiya
sanksiyalar və onların təhdidlərinə fikir vermədən həyati
əhəmiyyətli milli maraqlarının həyata keçirilməsini təmin etməyə
davam edəcək. Qərb ölkələrinin qlobal iqtisadiyyatda bölünməz
hökmranlığının çoxdan geridə qaldığını başa düşmək vaxtıdır”, –
deyə XİN-dən bildirilib.