Çin Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinə qoşulacaq

Çin Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinə qoşulmaq qərarına gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının sədri Si Tsinpin “G20” sammitində videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.

S.Tsinpin deyib: “Çin rəqəmsal iqtisadiyyat sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir və Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinə qoşulmaq üçün müraciət etmək qərarına gəlib”.


Çin Xalq Respublikasının rəhbəri həmçinin qeyd edib ki, Çin rəqəmsal iqtisadiyyatın sağlam və ardıcıl inkişafı üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır.

Teqlər: