Çin qırıcıları Tayvana yaxınlaşdı

Çin qırıcıları Tayvana yaxınlaşdı

Tayvanın Müdafiə Nazirliyi adaya bitişik bölgədə Çin ordusunun 5 donanma gəmisini və 23 təyyarəsini aşkar edib.

AzerTimes xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, manevrlər zamanı “J-16” və bir “Su-30” qırıcıları Tayvan boğazının median xəttini keçib. Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.

Teqlər: