Çin-Qırğızıstan sərhədində yenə güclü zəlzələ oldu

Çin-Qırğızıstan sərhədində yenə güclü zəlzələ oldu

Çin-Qırğızıstan sərhədində 5,2 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstanın Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilib ki, episentr Çində, yanvarın 23-də 7 bal gücündə olan zəlzələnin baş verdiyi ərazinin yaxınlığında yerləşib.

Coğrafi yaxınlığa görə yer qabığındakı dalğalanmalar Qırğızıstan ərazisində də hiss olunub.

Qırğızıstanda episentrə yaxın İştık və Bedel yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi 3,5-3 bal arasında dəyişib.

Teqlər: