Çin Mişelin televiziya ilə çıxışının yayımını ləğv etdi

Çin Mişelin televiziya ilə çıxışının yayımını ləğv etdi

Çin hakimiyyəti Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin “China International Import Expo” sərgisinin iştirakçılarına ünvanladığı video-müraciətinin televiziya ilə yayımını dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

AB liderinin müraciəti sərginin açılış hissəsində yayılmalı imiş. Ş.Mişel video-müraciətdə Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edərək Avropa Birliyinin Moskvanın enerjidaşıyıcılarından asılı olduğunu da vurğulayıb.

O, Çin hökumətini Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.

Ş.Mişelin sözçüsü Barend Leyts “Röyters”ə bildirib ki, onlar Pekin səlahiyyətlilərinin tələbi ilə AB Şurası Prezidentinin əvvəldən lentə alınan müraciətini təqdim ediblər. O, video-müraciəti adi diplomatik kanallar vasitəsilə göndərdiklərinin də söyləyib. Lakin müraciətin televiziyada yayımı dayandırılıb.

Çin rəsmiləri isə yayımın ləğvi ilə bağlı məlumatı şərh etməyiblər.

Teqlər: