AB-dən Ukraynaya yeni yardım paketi: Rekord məbləğ…

AB-dən Ukraynaya yeni yardım paketi: Rekord məbləğ…

AB Ukraynaya daha 18 milyard avro məbləğində maliyyə yardımın göstərilməsi üçün yeni mexanizm təklif edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Plan 2023-cü ildə Ukraynanın maliyyəsini möhkəmləndirmək üçün zəmin yaradacaq. Gecikmələrin qarşısını almaq məqsədilə Avropa Komissiyası vəsait toplamaq üçün zəmanət kimi AB büdcəsində əlavə yardımdan istifadəsini təklif edəcək. Bu variant AB-nin büdcə çərçivəsinə dəyişiklik etmək üçün 27 üzv dövlətin hökumətlərinin yekdil dəstəyini tələb edəcək. Eyni zamanda, Ukraynanın gələn il təxminən 38 milyard dollara ehtiyacı var və Bayden administrasiyası bu məbləğin təxminən yarısını ödəməyə hazır olduğunu bildirib. Ukrayna üçün təcili ehtiyacları ödəmək, kritik infrastrukturu bərpa etmək və müharibədən sonrakı yenidənqurmaya ilkin dəstək vermək məqsədilə yüksək güzəştli kreditlər veriləcək”, – məlumatda deyilib.

Teqlər: