Çin Mərkəzi Asiyaya 3.7 milyard yardım ayırır

Çin Mərkəzi Asiyaya 3.7 milyard yardım ayırır

Çin Mərkəzi Asiyaya 3,7 milyard dollar məbləğində yardım edəcək.

AzerTimes xəbər verir ki, bunu Çinm lideri Si Szinpin Sian şəhərində keçirilən “Çin – Mərkəzi Asiya” sammitində deyib.

“Çin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa, eləcə də bu ölkələrinin inkişafına yardım etmək üçün 26 milyard yuan (3,7 milyard dollar) maliyyə yardımı və pulsuz dəstək verəcək”, – Szinpin bildirib.

Onun sözlərinə görə, Çin yoxsulluğun aradan qaldırılması sahəsində Mərkəzi Asiya ilə elmi və texnoloji əməkdaşlıq planı yaradacaq, həmçinin Çin şirkətlərini regionda daha çox iş yeri yaratmağa təşviq edəcək.

Qeyd edək ki, mayın 18-də başlayan sammitdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmaməli Rəhman, Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edir.

Teqlər: