Çin İsraili ABŞ-ın əlindən alır?

Çin İsraili ABŞ-ın əlindən alır?

Benyamin Netanyahu İsrail-Çin münasibətlərinin dinamik inkişafının tərəfdarıdır. Onun baş nazir olduğu dövrdə – 2016-cı ildən ölkələrarası azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlara başlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” nəşri yazıb.

Nəşr qeyd edib ki, 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 10 milyard 960 milyon dollardan 18 milyard 160 milyon dollara yüksəlib:

“Bu isə Çini İsrailin AB və ABŞ-dan sonra üçüncü ən böyük ticarət tərəfdaşı edib. Ona görə də Benyamin Netanyahu hökumətinin hakimiyyətə gəlməsi azad ticarət sazişinin imzalanması prosesini də sürətləndirə bilər”.

Məsələylə bağlı nəşrə açıqlama verən Rusiya Siyasi Texnologiyalar Mərkəzinin eksperti Nikita Maslennikov bildirib ki, Çin bizneslərinin texnoloji məkanda qalması üçün müxtəlif alternativ yollara üz tutması vacibdir:

“İsrailin innovativ iqtisadiyyat kimi güclü beynəlxalq nüfuzunu nəzərə alsaq, bu məqamda texnoloji əməkdaşlıq sahəsində qazan-qazan məntiqi işləyir. Çin şirkətləri və İsrail bizneslərinin əməkdaşlığı gücləndirməklə yanaşı, ABŞ sanksiyalarından dəyən zərəri minimuma endirmək üçün planlar quracağını təxmin etmək olar”.

Teqlər: