Çin Henan əyalətinin bərpasına 463 milyon dollar ayırıb

Çin hökuməti Henan əyalətinin daşqınlardan sonra bərpası üçün 3 milyard yuan (463 milyon dollar) ayırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyindən bildiriblər.

Nazirlik əyalət rəhbərliyini ayrılan vəsaiti vaxtında tətbiq etməyə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işləri keyfiyyətli şəkildə həyata keçirməyə çağırıb.

Qeyd edək ki, Henan əyalətində daşqınlar nəticəsində 71 nəfər həlak olub. Onlardan bir hissə avtomobil Çjençjou şəhərindəki metro və avtomobil tunellərini su basması nəticəsində ölüb.