Çin hakimiyyəti qəzaya uğrayan təyyarədəki 132 nəfərin hamısının öldüyünü bildirib

Martın 21-də Çində qəzaya uğrayan “Boeing 737” təyyarəsinin 132
sərnişini və ekipaj üzvlərinin hamısı ölmüş elan edilib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Mülki Aviasiya
Administrasiyasının rəis müavini Hu Çjenxun mətbuat konfransında
bildirib.

“Martın 21-də havaya qalxan “China Eastern Airlines MU5735″
reysinin göyərtəsində olan 123 sərnişin və 9 ekipaj üzvünün hamısı
həlak olub”, – deyə o qeyd edib.