Çin digər ölkələrə bir milyard doza vaksin verib

Xəbər - Orxan Nəbiyev – Trend:

Çin hökuməti digər ölkələrə koronavirus əleyhinə 1 milyard doza vaksin təhvil verib.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Çjen Çjunvey deyib.

O bildirib ki, bu ilin sonunadək 2 milyard doza dünya ölkələrinə yola salınacaq.

Qeyd olunub ki, Çinin özündə əhaliyə 2 milyard dozadan çox vaksin vurulub.


Ümumilikdə, Çində 2021-ci ilin sonunadək vaksin istehsalı 5 milyard dozanı keçə bilər.