Çin ABŞ sanksiyalarına qarşı müxtəlif şirkətlərə 1 trilyon yuan (təxminən 143 milyard ABŞ dolları) dəyərində maliyyə yardımı paketi ayırmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd olunur ki, milyardlarla dollar vəsaitin ayrılması çiplərdə özünü təmin etmək üçün mühüm addımdır. Pekin bu tədbirləri əsasən subsidiyalar və vergi güzəştləri şəklində həyata keçirəcək.
Sözügedən plan 2023-cü ilin birinci rübündə həyata keçirilə bilər. Maliyyə yardımının böyük hissəsi yerli firmalar tərəfindən Çin avadanlıqlarının alınmasını subsidiyalaşdırmaq üçün istifadə olunacaq. Yeni tədbirlərə əsasən, şirkətlər satınalmalarda 20 faiz subsidiya almaq hüququ qazanacaqlar.