Neftçalada avtomobil piyadanı vurub öldürdü

Neftçalada avtomobil piyadanı vurub öldürdü

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun II Qaralı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov İlkin İlqar oğlu axşam saatlarında evə gedərkən onu avtomobil vurub.

Qəza nəticəsində piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: