Qazaxıstanın Çimkənd şəhərində doğum evinin yaxınlığında
yerləşən aptekdə partlayış baş verib.
Trend “Kazinform”a istinadən xəbər verir ki, partlayış
nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, xəsarət alanlar yaxınqlıdakı xəstəxanalara
çatdırılıb.
Bildirilir ki, partlayış zamanı doğum evində 189 pasient və 65
əməkdaş olub.
Qeyd edilib ki, partlayışa səbəb qaz sızması olub.