Cilovluq soyqırımı ilə bağlı sənədli film çəkildi

Cilovluq soyqırımı ilə bağlı sənədli film çəkildi

Birinci Dünya müharibəsi dövründə ermənilərin Urmiya, Salmas və Xoy şəhərlərində törətdikləri soyqırımdan bəhs edən 75 dəqiqəlik “Cilovluq” sənədli filminin çəkilişləri başa çatıb.

AzerTimes xəbər verir ki, bu sözləri Güney azərbaycanlı rejissor Rza Siyami deyib.

“Sənədli filmin mövzusunun tədqiqi urmiyalı tarixçi alim Tövhid Məlikzadə tərəfindən aparılıb və rejissorluğu mənə həvalə edilib. Film 4 il İran, Azərbaycan və Türkiyədə Cilovluq qırğını ilə bağlı axtarış-tədqiqat işləri aparıldıqdan sonra 2022-ci ilin yayında Urmiya, Salmas, Xoy və Təbriz bölgələrində lentə alınıb”, – Siyami bildirib.

Onun sözlərinə görə, film son mərhələdədir:

“Yaxın vaxtlarda tənqidçilərin və mütəxəssislərin təsdiqi üçün özəl olaraq nümayiş etdiriləcək. Sənədli film təsdiq edildikdən və yayım icazəsi alındıqdan sonra daxili rəqəmsal platformalarda ictimaiyyətə nümayiş olunacaq”.

O, sənədli filmin İranla yanaşı, Türkiyənin TRT, Azərbaycanın AzTV telekanallarında da yayımlanacağını deyib.

Teqlər: