Çilidə meşə yanğınları: 64 nəfər öldü

Çilidə meşə yanğınları: 64 nəfər öldü

Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Çili Prezidenti Qabriel Boric məlumat verib.

“Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq”, – deyə o bildirib.

Boric, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.

Teqlər: