Çilidə ard-arda güclü zəlzələ baş verdi

Çilidə ard-arda güclü zəlzələ baş verdi

Çilinin Pasxa adasında 6,5 ​​bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Pasxa adasından 699 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Ölən və yaralanan olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Bu zəlzələnin ardınca isə 5,2 bal gücündə daha bir zəlzələnin baş verdiyi bildirilib.

Teqlər: