Çili “Sputnik V” peyvəndləri almağı planlaşdırır

Çili hökuməti ölkə əhalisinin koronavirusa qarşı vaksinin üçüncü dozası ilə immunizasiyasını təmin etmək üçün Rusiyadan “Sputnik V” peyvəndləri almağı planlaşdırır.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ölkənin prezidenti Sebastyan Pineyra deyib.

S.Pineyra bildirib: “Biz vətəndaşlarımıza bildirmək istəyirik ki, “Pfizer”, “Sinovac”, “Moderna” və “Sputnik” ilə danışıqlar və əldə edilən razılaşmalar sayəsində üçüncü doza ilə vaksinasiya imkanını təmin etmək üçün kifayət qədər peyvəndimiz olacaq”.


Qeyd edək ki, daha əvvəl Çili hökuməti “Sputnik V” peyvəndlərinin istifadə imkanını nəzərdən keçirirdi.