Çili sahillərində güclü zəlzələ olub

Çili sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri La-Serena şəhərində 147 kilometr şimal-qərbdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.