Çili sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın ABŞ Geologiya Xidmətinə istinadən verdiyi məlumata əsasən, yeraltı təkanların episentri əhalisi 310 minə yaxın olan Antofaqasta şəhərindən 349 kilometr cənub-qərbdə, ocağı isə 11,6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.