Beyləqan və Gədəbəydə birmərtəbəli ev yanıb

Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Gədəbəy rayonunun Xarxar kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: