Ciddi islahatlara başlamaq vaxtıdır – Kərimli

Ciddi islahatlara başlamaq vaxtıdır – Kərimli

Mədəniyyət sahəsində instutisional islahatların aparılmasına çox ciddi ehtiyac var.

AzerTimes xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu gün Milli Məclisdə keçirilən dinləmələrdə deyib.

“Problemin kökü ondadır ki, uzun illərdir mədəniyyət sahəsində fəaliyyət tədbirçilik üzərində qurulub, fundamental və instutisional yanaşmalaradan istifadə edilməyib. Bu sahədə boşluqları müəyyən etdiyimiz əsas məqamlardan biri budur”, – deyə o əlavə edib.

A.Kərimli vurğulayıb ki, bu sahədə ciddi islahatlara başlamaq vaxtıdır:

“Bu sahədə boşluq da var. Bizi bu sahədə motivasiya edən, daha da fəallaşdıran məqam ondan ibarətdir ki, Azərbaycan mədəniyyəti çox dəyərli incəsənət xadimləri, mədəniyyət sahəsində mövcud olan dəyərli insanlarımızın fəaliyəti ilə daim məzmun qazanıb, mədəniyyətimizin zəngin tərəfləri istər ölkə daxilində, istərsə də xaricdə təqdim edilib”, – deyə A.Kərimli qeyd edib.

Teqlər: