“Azərbaycan Hava Yolları” aviaşirkətinin Ciddə şəhərindən Bakıya
yola düşən (J2-1092 reysi) təyyarəsinin uçuş saatı texniki
səbəblərə görə gecikir.
“Azərbaycan Hava Yolları” QSC-dən AzerTimes-a verilən məlumata görə,
sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə yola
düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun
olaraq içkilər və qidalanma da daxil olmaqla bütün lazımi
vasitələrlə təmin ediləcək.