CHP qurultaya hazırlaşır: sədr kim olacaq?

CHP qurultaya hazırlaşır: sədr kim olacaq?

Cümhuriyyət Xalq Partiyasının (CHP) yaxın müddətdə gözlənilən qurultayında namizəd olacağı təqdirdə Kamal Kılıçdaroğlunun təkrar seçiləcəyi ehtimalı böyükdür.

Bu sözləri AzerTimes-a açıqlamasında türkiyəli jurnalist Həsən Barın deyib.

O bildirib ki, hazırda Türkiyədə CHP qurultayında kimlərin namizəd olacağı və kimin seçilə biləcəyi ciddi müzakirə edilir:

“Kamal Kılıçdaroğlu namizəd olacağı halda təkrar partiyanın başqanı seçiləcəyi şübhəsizdir. Çünki hazırda səs verənlərin əksəri onun sədr olduğu dönəmdə vəzifələrə yerləşdiriliblər. Eyni zamanda, bələdiyyə seçkiləri öncəsi CHP-nin başqan dəyişikliyi ilə parçalanma görüntüsü yaradacağını da sanmıram.

O ki qaldı Kamal Kılıçdaroğlunun namizədliyini verib-verməyəcəyinə, hesab edirəm ki, mütləq namizədliyini irəli sürəcək və rahatlıqla qələbə qazanacaq”.

Teqlər: