CHP lideri Azərbaycana gələcək

CHP lideri Azərbaycana gələcək

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə partiya başqanı “Habertürk”ə müsahibəsində deyib.

“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu, institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti Şimali Kiprə etdim. Daha sonra Azərbaycandan randevu istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – Özəl qeyd edib.

O, səfərin qarşıdakı günlərdə reallaşacağını bildirib.

Teqlər: