“China Eastern Airlines” şirkətinin martın 21-də qəzaya uğramış
“Boeing 737-800” təyyarəsinin ikinci qara qutusu tapılıb.
Trend xəbər verir ki, bu barədə axtarış işləri aparan heyət
üzvləri mətbuat konfransında açıqlama veriblər.
Bildirilib ki, təyyarənin düşdüyü ərazinin dağlıq və sıx meşəlik
ərazi olduğundan axtarış işləri çox çətinliklə aparılıb.
Ümumiyyətlə, 680 min kvadratmetr sahəni əhatə edən axtarış işlərinə
2 min nəfər, 100-dən çox texnika, polis və hərbçilər cəlb
olunub.
Bundan başqa, axtarış işlərində dronlardan da geniş istifadə
olunub. Hələlik sərnişin və heyət üzvlərindən heç kim
tapılmayıb.