Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürülüb

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın zamanı 1 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülüb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Teqlər: