Xəbər - Samir Əli – Trend:
Yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölmüşdür.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.