Ceyn Kempion “Köpəyin gücü” (2021) filminə görə Ən yaxşı
rejissor nominasiyasında “Oskar” mükafatını qazanıb.
Trend xəbər verir ki, bu 67 yaşlı Yeni Zelandiyalı rejissorun
adıçəkilən nominasiyada ilk “Oskar” mükafatıdır. Daha əvvəl 1994-cu
ildə C.Kempion “Piano” filminə görə “Ən yaxşı orijinal ssenari”
nominasiyasında “Oskar” qazanmışdır.
Bu il o, Stiven Spilberq, Ryusuke Xamaquti, Pol Tomas Anderson
və Kennet Brana kimi rejissorlarla mübarizədən qalib çıxıb.