Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub

Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, telefon danışığı zamanı C.Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

www.yenicag.az

Teqlər: