23 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər
naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası
ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya
xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət
sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin, ikitərəfli gündəliyin aktual mövzuları və
qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.