Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Ukraynadakı vəziyyəti müzakirə edib

Xəbər - Elçin Mehdiyev – Trend:

Görüş zamanı Ukrayna hadisələri ətrafında müzakirələr
aparıldı.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında
deyib.

Nazir qeyd edib ki, həmçinin Ukrayna hadisləri ətrafında
müzakirələr aparılır.

“Bu durum çox ciddi narahatlıq yaradır. Artıq itkilərin və
qurbanların sayı durmadan artır. Həm Azərbaycan, həm Türkiyə burada
çox fəal və məsuliyyətli mövqe sərgiləyir. Azərbaycan məsələnin
beynəlxalq hüquq prinsiplərinə uyğun dialoq əsasında aparılmasının
tərəfdarıdır”.

Teqlər: