16 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər
naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə
ediblər. Cari ildə iki dövlət arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin qeyd olunacağını nəzərə alaraq, tərəflər
bu xüsusda təşkil ediləcək tədbirlərə dair fikit mübadiləsi
aparıblar.
Nazirlər, regiondakı vəziyyət, o cümlədən üçtərəfli bəyanatların
icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair
fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, habelə Azərbaycanın ATƏT-in
Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi çərçivəsində
əməkdaşlıq müzakirə mövzusu təşkil edib.