Ceyhun Bayramov Türkiyədə baş vermiş avtobus qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş
vermiş avtobus qəzası ilə əlaqədar başsağlığı verib.

Trend xəbər
verir ki, nazir bununla bağlı “Twitter“ hesabında paylaşım
edib.

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri
daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi.
Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına
başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, –
paylaşımda deyilir.

Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya
uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə
nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

Teqlər: