Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Mətbuat Günü ilə əlaqədar paylaşım edib.
AzerTimes xəbər verir ki, XİN rəhbəri bu barədə Tvitterdə yazıb.
“22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. Bu əlamətdar gün münasibətilə daim əzmkarlıqla çalışan vətənpərvər jurnalistlərimizi səmimi qəlbdən təbrik edir, onlara şərəfli və olduqca vacib işlərində daim uğurlar arzulayıram”, – nazir bildirib.