Ceyhun Bayramov ilə Toivo Klaar arasında telefon danışığı olub

12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş
tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tərəflər
Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı
ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan
görüşün davamı olaraq, bölgədə baş verən son hadisələr, iki dövlət
arasında münasibətlərin normallaşması istiqamətində addımların
atılması, o cümlədən gələcək sülh sazişinin hazırlanması üzrə iş,
Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər
üzrə fikir mübadiləsi aparıblar.

Teqlər: