Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə təkbətək görüş keçirir

Xəbər - Orxan Nəbiyev – Trend:

Xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın Baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani ilə təkbətək görüşü keçirilir.

AzerTimes-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Twitter” səhifəsində deyilir.

Qeyd edək ki, bu gün Gürcüstan baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edib.

Teqlər: