Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edib (FOTO)

3 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı
üzrə səfiri Bris Rokföy ilə görüşüb.

XİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və
Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması
prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə
Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti
barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq
gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi
aparılıb.

Teqlər: