Ceyhun Bayramov erməni həmkarı ilə telefon danışığına aydınlıq gətirib

Bizim Ermənistan xarici işlər naziri ilə telefon danışığımız
məhz 6 aprel tarixli Brüssel grüşündən bir neçə gün sonra baş
tutdu. Həmin telefon danışığının əsas səbəbi məhz orada müzakirə
olunan razılaşmaların icra olunması ilə bağlı idi.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ilk telefon danışığı zamanı Azərbaycan tərəfi
delimitasiya komissiyasının tərkibi ilə bağlı öz baxışlarını ortaya
qoydu.

“Ondan iki həftə sonra bizim ikinci telefon danışığımız oldu və
həmin məsələlər əldə olunan razılıqların icrasını təmin etməklə
bağlı idi. Hazırda konkret hər hansı bir tarix müəyyən edilməyib.
Ancaq təbii ki, məsələlər gündəmə gəldikcə, ehtiyacdan irəli
gələrək mən növbəti telefon danışığını istisna etmirəm”, – deyə
nazir əlavə edib.

Teqlər: