Ceyhun Bayramov britaniyalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

1 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər
naziri Ceyhun Bayramovun Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf
Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə
telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Tərəflər
regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir
mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini,
habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə
ediblər.

Teqlər: